Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi yoldaşlıq oyununda qalib gəlib

Azərbaycan millisi yoldaşlıq oyununda qalib gəlib


21-02-2022, 15:36
Azərbaycan millisi yoldaşlıq oyununda qalib gəlib


Bakıda təlim-məşq toplanışını davam etdirən qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq oyununu keçirib.

BrendSport.az
saytı xəbər verir ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşan millimiz 4:0 hesablı qələbə qazanıb.
Peritan Bozdağın dubl etdiyi oyunda komandamızın digər qollarını penaltidən Kristina Bakaranadze və Vüsalə Seyfəddinova vurublar.
Komandalar arasında növbəti oyun fevralın 23-də keçiriləcək.
Geri qayıt