Əsas Səhifə > Milli komandalar > Bədii gimnastlarımız “Gracia Fair Cup” beynəlxalq turnirində çıxış edəcəklər

Bədii gimnastlarımız “Gracia Fair Cup” beynəlxalq turnirində çıxış edəcəklər


17-02-2022, 15:01
Bədii gimnastlarımız “Gracia Fair Cup” beynəlxalq turnirində çıxış edəcəklər


Fevralın 19-dan 21-dək Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə ənənəvi “Gracia Fair Cup” beynəlxalq turniri keçiriləcək.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi fərdi və qrup hərəkətləri üzrə yığma komandalarımızın üzvləri təmsil edəcəklər. Fərdi növlərdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova mübarizə aparacaqlar.
Böyüklər arasında qrup hərəkətləri üzrə yarışlarda Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəylidən ibarət yığma komandanın ikinci heyəti çıxış edəcək.
Geri qayıt