Əsas Səhifə > Milli komandalar > Futzal üzrə Azərbaycan millisinin beynəlxalq reytinq cədvəlində mövqeyi dəyişməyib

Futzal üzrə Azərbaycan millisinin beynəlxalq reytinq cədvəlində mövqeyi dəyişməyib


8-02-2022, 10:53
Futzal üzrə Azərbaycan millisinin beynəlxalq reytinq cədvəlində mövqeyi dəyişməyib

Futzal üzrə Avropa çempionatı başa çatdıqdan sonra milli komandaların beynəlxalq reytinq cədvəli açıqlanıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan yığması 1378 xalla 14-cü pillədə qərarlaşıb. Baş məşqçi Joze Alesionun yetirmələri ötən reytinq cədvəlinə əsasən, mövqeyini qoruyub.
Qeyd edək ki, qitə çempionu adını qazanan Portuqaliya ikinci pilləyə yüksəlib. Yığmanın aktivində 1763 xal var. Reytinq cədvəlinə 1791 xalla Braziliya seçməsi başçılıq edir. İlk üçlüyü 1756 xalla Argentina yığması tamamlayıb.

Geri qayıt