Əsas Səhifə > Milli komandalar > Yığmamız Albaniyaya qalib gəldi

Yığmamız Albaniyaya qalib gəldi


20-11-2017, 16:13



16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - “Mercedes Benz” Egey kubokunda bu gün ilk oyununu keçirib.

Albaniya komandası ilə qarşılaşan yığmamız Bəhruz Tanriverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirdə növbəti oyununu noyabrın 21-də Kosovo komandasına qarşı keçirəcək.

Qol.az
Geri qayıt