Əsas Səhifə > Milli komandalar > Millimiz İranla qarşılaşacaq

Millimiz İranla qarşılaşacaq


10-11-2017, 13:53




Futzal üzrə Azərbaycan milli komandası beynəlxalq turnirdə çıxış edəcək. Yığmamız İranın İsfahan şəhərində təşkil olunacaq “4 Top Nations” ənənəvi beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Yarış dekabrın 2-dən 7-dək keçiriləcək. Turnirdə yığmamızla bərabər İran, Qazaxıstan və Rusiya milliləri də iştirak edəcək.

Komandamız dekabr 3-də İran, 4-də Rusiya, 6-da Qazaxıstanla görüşəcək.

Apasport.az

Geri qayıt