Əsas Səhifə > Milli komandalar > Stolüstü tennis millisinin uğurlu çıxışları

Stolüstü tennis millisinin uğurlu çıxışları


7-09-2021, 22:42


Stolüstü tennis üzrə oğlanlardan və qızlardan ibarət milli komandamız Rusiya Federasiyası Tatarstan Respublikasının Kazan şəhərində keçirilən I MDB Oyunlarında yarımqrup görüşləri keçiriblər.
BrendSport.az
xəbər verir ki, oğlanlardan ibarət millimiz ilk öncə Rusiya millisi ilə görüşü məğlub olmalarına baxmayaraq, daha sonra Qırğızıstan millisi və ermənistan komandasını məğlub edərək yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Qızlarımız ilk görüşdə Belarus millisinə məğlub olub, daha sonra Qırğızıstan komandasını məğlub edərək yarımfinal mərhələsinə vəsiqə qazandılar.
QEYD: Yarımfinal mərhələsinin görüşləri sabah başlayacaq.
Geri qayıt