Əsas Səhifə > Milli komandalar > Qadın voleybolçulardan ibarət milli komandamız Avropa çempionatında mübarizəni dayandırıb
Qadın voleybolçulardan ibarət milli komandamız Avropa çempionatında mübarizəni dayandırıb26-08-2021, 09:29 |
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəni dayandırıb. BrendSport.az xəbər verir ki, turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir. Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur. Komandamız qrup mərhələsində sonuncu oyununda Fransa yığması ilə qarşılaşıb. Görüş Fransa millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Avropa çempionatında komandamızın heyətində Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış ediblər. Yığmamız Belçika, Rusiya, Serbiya, Bosniya və Herseqovina milli komandaları ilə oyunlarda 0:3 hesabı ilə məğlub olub. Qrup mərhələsində bütün görüşlərini məğlubiyyətlə başa vuran Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb Hesabında 12 xal olan Serbiya millisi qrupda birinci pillədə yer alıb. Belçika 8 xalla ikinci, Rusiya isə 7 xalla üçüncüdür. Bosniya və Herseqovina və Fransa komandaları 3 xalla 4-5-ci yerləri bölüşürlər. Aktivində xal olmayan Azərbaycan millisi qrupda sonuncudur. Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq. Geri qayıt |