Əsas Səhifə > Milli komandalar > “Qəbələ” “Lokomotiv”ə qalib gəldi
“Qəbələ” “Lokomotiv”ə qalib gəldi7-11-2017, 19:07 |
Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti qarşılaşmalar keçirilib. “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası bu gün iki matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi “Vətən”lə üz-üzə gəlib. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub. Günün digər matçında “Qəbələ” Rusiya “Lokomotiv”i ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar – 1:0. Ömər Ağababayevin qolu komandamızın ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib. Bunadək “Manavqatspor”a 10:0, “BD Spor”a 4:0, “Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan komanda sabah son matçını keçirəcək. “Qırmızı-qaralar” 4 oyunda 12 xal toplayan “Beşiktaş”la üz-üzə gələcək. Xatırladaq ki, 7 komandanın iştirak etdiyi turnir dairəvi sistemlə keçirilir. Apasport.az Geri qayıt |