Əsas Səhifə > Milli komandalar > Kişi cüdoçulardan ibarət millimiz Tokio Olimpiadasına Bakıda hazırlaşır
Kişi cüdoçulardan ibarət millimiz Tokio Olimpiadasına Bakıda hazırlaşır29-06-2021, 11:34 |
Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvləri Bakıda təlim-məşq toplanışını davam etdirirlər. BrendSport.az xəbər verir ki, iyunun ortalarından başlayaraq əvvəlcə Şahdağ, sonra isə Bakıda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir. Cüdoçularımız dəniz kənarında, eləcə də Şağandakı Olimpiya İdman Kompleksində məşq edərək fiziki və taktiki hazırlıqlarını yüksəldirlər. Millinin toplanışında bütün aparıcı cüdoçularımız iştirak edirlər. Rüstəm Orucov, Nicat Şıxəlizadə, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Orxan Səfərov, Murad Fətiyev, Kəramət Hüseynov, Uşangi Kokauri və Hidayət Heydərov baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun rəhbərliyi altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər. Qeyd edək ki, cüdo üzrə milli komandamız qarşıdan gələn Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Cüdoçularımız iyulun 1-dən 10-dək Xorvatiyanın Poreç şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. Geri qayıt |