Əsas Səhifə > Milli komandalar > Avropa çempionatında 10 cüdoçumuzun iştirakı planlaşdırılıb

Avropa çempionatında 10 cüdoçumuzun iştirakı planlaşdırılıb


12-04-2021, 13:17
Avropa çempionatında 10 cüdoçumuzun iştirakı planlaşdırılıb


Aprelin 16-18-də Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı keçiriləcək.
BrendSport.az xəbər verir ki, yarışda 10 idmançımızın iştirakı nəzərdə tutulub.
Kişilər arasında Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə İrina Kindzerska (78 kiloqramdan yuxarı) gücünü sınayacaq.
Geri qayıt