Əsas Səhifə > Milli komandalar > Azərbaycan cüdoçusu Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb19-11-2020, 18:32 |
Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında cüdoçumuz Orxan Səfərov (66 kq) uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıb. BrendSport.az xəbər verir ki, qitə çempionatında ilk qarşılaşmalarda italiyalı Manuel Lombard, daha sonra slovakiyalı Matej Poliakı məğlub edən cüdoçumuz dörddəbir finalda serbiyalı Sebastian Seidl üzərində də qələbə qazanıb. Qeyd edək ki, qitə çempionatında Azərbaycanı ümumilikdə 14 idmançı təmsil edir. Avropa çempionatı noyabrın 21-dək davam edəcək. Geri qayıt |