Əsas Səhifə > Milli komandalar > Slovakiya–Azərbaycan matçını norveçli hakimlər briqadası idarə edəcək
Slovakiya–Azərbaycan matçını norveçli hakimlər briqadası idarə edəcək5-10-2020, 18:20 |
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Slovakiyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununun təyinatları açıqlanıb. BrendSport.az xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib. Əsas referi Kristofer Hagenesə Anders Olav Dale və İsak Elias Başevkin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rohit Saggi yerinə yetirəcək. Qeyd edək ki, oktyabrın 8-də Nitra stadionunda keçiriləcək Slovakiya–Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Geri qayıt |