Əsas Səhifə > Milli komandalar > Zidan addım-addım milli komandaya

Zidan addım-addım milli komandaya


14-10-2017, 12:55


Fransa Futbol Federasiyası milli komandanın baş məşqçisini dəyişdirmək istəyir. "El Mundo Deportivo" xəbər verir ki, federasiya yığmanın başına "Real"ın baş məşqçisi Zinəddin Zidanı gətirmək niyyətindədi.

Zidanın "DÇ-2018"dən sonra yığmaya gətirilməsi planlaşdırılır. Komanda uğurlu çıxış etsə də, hazırkı baş məşqçi Didye Deşamla federasiya rəhbərliyi arasında problemlər var. Bu səbəbdən də, 48 yaşlı mütəxəssis dünya çempionatından sonra istefaya göndəriləcək.

Qeyd edək ki, 2016-cı ildən "Real"a başçılıq edən Zidan 2 dəfə Çempionlar Liqasını və Avropa Super Kubokunu, 1 dəfə La Liqanı, İspaniya "Kral Kuboku"nu və kulblararası dünya çempionluğunu qazanıb.
Geri qayıt