Əsas Səhifə > Milli komandalar > Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinin posterində Azərbaycan cüdoçularının şəkilləri yer alıb
Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinin posterində Azərbaycan cüdoçularının şəkilləri yer alıb5-03-2020, 13:38 |
Beynəlxalq Cüdo Federasiyası Bakıda mayın 8-9-da keçiriləcək “Böyük dəbilqə” turnirinin posterini ictimaiyyətə təqdim edib. BrendSport.az xəbər verir ki, posterdə Azərbaycanın məşhur cüdoçuları Rüstəm Orucov (73 kq), İrina Kindzerskaya (+78 kq) və Hidayət Heydərovun (81 kq) şəkilləri yer alıb. Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək dünyanın 41 ölkəsindən 155 idmançı iştirakını təsdiqləyib. Geri qayıt |