Əsas Səhifə > Milli komandalar > Yığmamız Avropa çempionatında iştirak edəcək

Yığmamız Avropa çempionatında iştirak edəcək


12-10-2017, 16:17
Yığmamız Avropa çempionatında iştirak edəcək

15-22 oktyabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Yarışda 36 ölkədən 405 atletin (170 Yığmamız Avropa çempionatında iştirak edəcəkqadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər. Heyətimizlə tanış ola bilərsiniz:
Yaşı 20-yə qədər olan atletlərimiz (U-20)
Qadınlar: Elnarə Abbasova (63 kq).
Kişilər: Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn Rüstəmov (94 kq).
Yaşı 23-ə qədər olan atletlərimiz (U-23)
Qadınlar: Mərziyyə Məhərrəmova (48 kq).
Kişilər: Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq).
Geri qayıt