Əsas Səhifə > Milli komandalar > Azərbaycan təmsilçisi Dünya Güləş Birliyi tərəfindən ilin ən yaxşı yunan-Roma güləşçisi seçilib

Azərbaycan təmsilçisi Dünya Güləş Birliyi tərəfindən ilin ən yaxşı yunan-Roma güləşçisi seçilib


18-12-2019, 14:44


Nihat Məmmədli Dünya Güləş Birliyi (UWW) tərəfindən ilin ən yaxşı yeniyetmə yunan-Roma güləşçisi seçilib.

BrendSport.az xəbər verir ki, məlumat qurumun rəsmi "Facebook" səhifəsində paylaşılıb.

55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş yeniyetmələrin dünya çempionatında qızıl medal qazanıb. Məmmədli İtaliyanın Faenza şəhərində yeniyetmələr arasında Avropa çempionatında da eyni uğuru təkrarlayıb.
Geri qayıt