Əsas Səhifə > Milli komandalar > Azərbaycan-Ukrayna oyununun hakimləri müəyyənləşib

Azərbaycan-Ukrayna oyununun hakimləri müəyyənləşib


18-11-2019, 17:23


İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, matçın baş hakimi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Azərbaycan-Ukrayna oyunu noyabrın 19-da “Dalğa Arena”da keçiriləcək.
Geri qayıt