Əsas Səhifə > Milli komandalar > “Hesab 6:3 də ola bilərdi” - Prosineçki
“Hesab 6:3 də ola bilərdi” - Prosineçki9-10-2017, 09:27 |
“Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq. İlk hissədə qol vəziyyətlərimiz oldu. Onlardan 1-ni qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 də ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı”. Bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzduğumuz oyundan sonra deyib. Daha sonra xorvat mütəxəssis jurnalistlərin suallarını cavablandırıb: - Millimizin seçmə mərhələdəki çıxışını necə qiymətləndirərdiniz? - Ümumilikdə, komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı futbol oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı oynadıq. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm. - Müqavilə müddətiniz başa çatır. Qərarınızı vermisinizmi? - Bakıya qayıdırıq. Gələcək barədə bir neçə gündən sonra açıqlama verəcəm. - Müdafiənin mərkəzində Ruslan Abışovla Bədavi Hüseynov çıxış etdi. Artıq Rəşad Sadıqovun əvəzləyicisi kimi Ruslanı görmək olarmı? - Gələcəkdə həmin mövqedə bu cütlüyün tez-tez oynayıb-oynamayacağını deyə bilmərəm. Bu mövqedə problem var. Standart vəziyyətlərdən qol buraxırıq. İndiyə qədər bu mövqedə yüksək səviyyədə oynaya bilmirik. Bunun üzərində çalışacağıq. - Dmitri Nazarovun matça ehtiyatdan başlaması Çexiya ilə Bakıdakı oyunda zəif çıxışı idi? - 3 gün əvvəl Çexiyaya qarşı oynadığımız üçün heyətdə dəyişiklik etdim. O mövqedə müdafiəyə meyilli oyunçu oynatmaq istədim. Dmitri müdafiəyə az kömək etdiyi üçün onu ehtiyatda saxladım. Nazarov yaxşı futbolçudu. Sadəcə, bu gün başqa keyfiyyətli oyunçu lazım idi. Qol.az Geri qayıt |