Əsas Səhifə > Milli komandalar > “Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib

“Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib


19-10-2019, 21:08


Oktyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna “Qəbələ”-“Qarabağ” oyunu ilə start verilib.

BrendSport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Matçın 3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev hesabı açıb. Altı dəqiqə sonra İsmayıl İbrahimli hesaba tarazlıq gətirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsində qapılara top vurulmayıb.

Beləliklə, “Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib – 1:1.

İki günü əhatə edəcək turun növbəti oyunu “ASCO Arena”da keçiriləcək. Saat 19:15-də start götürəcək görüşdə “Keşlə” komandası “Sabah”ı qəbul edəcək.

Oktyabrın 20-də “Bakcell Arena”da təşkil olunacaq “Neftçi”–“Zirə” oyunu saat 17:00-da başlayacaq. Həmin gün “ASCO Arena”da baş tutacaq “Səbail”-“Sumqayıt” oyunu ilə tura yekun vurulacaq. Qarşılaşma saat 19:30-da start götürəcək.
Geri qayıt