Əsas Səhifə > Milli komandalar > Dünya çempionatının sonuncu günündə iki cüdoçumuz mübarizə aparacaq
Dünya çempionatının sonuncu günündə iki cüdoçumuz mübarizə aparacaq19-10-2019, 18:43 |
Mərakeşdə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir. BrendSport.az xəbər verir ki, dünya çempionatının sonuncu günündə - oktyabrın 19-da Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulacaq. Abdulla İsmayılov (100 kq) mərakeşli Driss Nassih, İmran Yusifov (100 kq-dan yuxarı) Çili təmsilçisi Fransisko Solislə mübarizə aparacaq. Qeyd edək ki, dünya çempionatında cüdoçularımız Əhməd Yusifov (60 kq) gümüş, İbrahim Əliyev (66 kq) bürünc medal qazanıblar. Azərbaycanın 11 cüdoçusunun qatıldığı yarışda 81 ölkədən 500-dən çox tatami ustası iştirak edir. Geri qayıt |