Əsas Səhifə > Milli komandalar > Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb

Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb


6-09-2019, 15:38


Sentyabrın 6-da güləş üzrə Azərbaycan milli komandalarının mətbuat üçün açıq məşqi olub. Məşq başa çatdıqdan sonra yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb.

BrendSport.az xəbər verir ki, sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatının yunan-Roma güləşi yarışlarında ölkəmizi

Eldəniz Əzizli (55 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.

Sərbəst güləşçilərin mübarizəsində isə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) xalça üzərinə çıxacaqlar.

Qadın güləşçilərdən ibarət milli komandamızın heyətində isə Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netrova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alıblar.

Qeyd edək ki, qadın güləşçilərimiz artıq Qazaxıstandadır. Onlar yerli komanda ilə birlikdə təlim-məşq toplanışında iştirak edirlər.
Geri qayıt