Əsas Səhifə > Milli komandalar > Ülvi Qənizadə dünya çempionatının gümüş medalını qazanıb

Ülvi Qənizadə dünya çempionatının gümüş medalını qazanıb


19-08-2019, 00:22


Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı başa çatıb.

BrendSport.az xəbər verir ki, yarışın son günündə mübarizə aparan daha bir təmsilçimiz medal qazanıb. Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kiloqram) finalda rusiyalı Sergey Stepanova 1:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan güləşçiləri gənclər arasında dünya çempionatını 2 gümüş, 4 bürünc medalla başa vurublar.
Geri qayıt