Əsas Səhifə > Milli komandalar > Qadın güləşçilərimiz dünya çempionatına Türkiyədə hazırlaşırlar
Qadın güləşçilərimiz dünya çempionatına Türkiyədə hazırlaşırlar30-07-2019, 12:57 |
Güləş yığmalarımız sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlığı davam etdirirlər. BrendSport.az xəbər verir ki, kişi komandalarımızdan fərqli, qadınlardan ibarət millimiz ölkə xaricində təlim-məşq toplanışı keçir. Baş məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında iyulun 21-dən Türkiyənin Niğdə şəhərində yerli yığma komanda ilə birgə hazırlıq keçən millimiz avqustun 4-dək toplanışı davam etdirəcək. Hazırlıq prosesi əsasən fiziki hazırlıq üzərində qurulub. Qeyd edək ki, heyətdə gənc güləşçilərimiz də yer alıblar. Onlar avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclərin dünya çempionatına hazırlaşırlar. Geri qayıt |