Əsas Səhifə > Milli komandalar > Azərbaycan qılıncoynadanı Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı Avropa çempionatında qızıl medal qazanıb


1-06-2019, 11:41


Sablya üzrə Azərbaycan milli komandasının üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından BrendSPort.az-a bildiriblər ki, qrup mərhələsində keçirdiyi altı görüşdən beşini qalib başa vuran Anna Başta onaltıdabir finalda Polşa idmançısı Zuzanna Şesleri 15:6 hesabı ilə məğlub edib. Səkkizdəbir finalda ispan Elena Hernandez Munoza 15:8 hesabı ilə qalib gələn sablyaçımız dörddəbir finalda Macarıstan təmsilçisi Kern Biankadan 15:3 hesabı ilə üstün olub. A.Başta yarımfinalda belaruslu Polina Kaspiaroviç üzərində 15:10 hesablı qələbə qazanıb. Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.
Geri qayıt