Əsas Səhifə > Milli komandalar > Azərbaycanın yeniyetmə taekvondoçuları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın yeniyetmə taekvondoçuları Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər


15-05-2019, 14:07


Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə milli komandası Türkiyənin Ordu şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

BrendSport.az xəbər verir ki, mayın 19-da – Atatürkün anım günü, gənclik və idman bayramı münasibətilə yeniyetmələr arasında təşkil ediləcək yarışlarda Azərbaycan 17 taekvondoçu ilə təmsil olunacaq.

Mayın 17-18-də keçiriləcək turnirdə məşqçilər heyəti oğlanlardan Şamil Mirzəyev (33 kq), Ümid Hacıyev, Nihad Məmmədzadə (hər ikisi 37 kq), Pünhan Mürsəlov (41 kq), Vaqif Hacıyev (45 kq), Fərid Əliyev (49 kq), Nizami Hacıyev (53 kq), Yusif Abbasəlizadə (57 kq), İbrahim Əlizadə (61 kq), Fəttah Fəttahzadə (65 kq) və Asim Əlimova (65 kq yuxarı) şans verəcək.

Qızlardan isə Zemfira Həsənzadə (29 kq), Kamilla Ələsgərova (33 kq), Şəbnəm Novruzova (37 kq), Sevda Əzizova (41 kq), Xədicə İsmayılova (44 kq) və Səmmərux Osmanova (51 kq) millinin heyətində yer alacaq.

Komandamız baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə mayın 15-də Ordu şəhərinə yola düşür.

Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikamızın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların bir neçə yeniyetmə taekvondoçusu da yarışa qatılacaq.
Geri qayıt