Əsas Səhifə > Milli komandalar > Gənc güləşçilərimiz Antalyada 11 medal qazanıblar

Gənc güləşçilərimiz Antalyada 11 medal qazanıblar


23-04-2019, 10:58


Antalyada gənc güləşçilər arasında keçirilən “Çempionlar” turnirinə yekun vurulub.

BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, millimiz yarışın sonuncu günündə 3 medal əldə edib. Sərbəst güləşçimiz Fuad Mayılov (86 kq) üçüncü yeri tutub. Qızlardan Birgül Soltanova (57 kq) gümüş, Yasəmən Məcidli (50 kq) isə bürünc medal qazanıblar. Beləliklə, “Çempionlar” turnirində medallarımızın sayı 11-ə çatıb.

Daha öncə Ceyla Nağızadə (65 kq), Turan Bayramov (65 kq), Abubakr Abakarov (79 kq) qızıl, Elmar Kazımovla (70 kq) Asxab Həmzətov (92 kq) gümüş, Ayşən Yusifova (53 kq), Jalə Əliyeva (62 kq) və Sənan Əlizadə (97 kq) bürünc medala sahib olublar.

Yekunda 2 qızıl, 2 gümüş, 2 bürünc medal əldə edən sərbəst güləş üzrə yığmamız komanda hesabında ikinci, bir qızıl, bir gümüş və üç bürünc medalı hesabına yazan qızlardan ibarət millimiz isə üçüncü yeri tutub.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Tural Əliyev yarışda ədaləti qoruyub.
Geri qayıt