Əsas Səhifə > Milli komandalar > Futzal üzrə Azərbaycan yığması Serbiya millisini məğlub edib

Futzal üzrə Azərbaycan yığması Serbiya millisini məğlub edib


16-04-2019, 07:19


Bu gün futzal üzrə Azərbaycan millisi Serbiya komandası ilə yoldaşlıq oyunu keçirib.

BrendSport.az xəbər verir ki, Zrenjanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizin qollarını Fineo de Araujo və Sezar Conatan vurub.
Bu komandalar arasında növbəti oyun aprelin 16-da, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.
Geri qayıt