Əsas Səhifə > Milli komandalar > Azərbaycan atletləri Batumidə keçiriləcək Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan atletləri Batumidə keçiriləcək Avropa çempionatında iştirak edəcəklər


28-03-2019, 13:54


Aprelin 5-dən 14-dək Batumidə ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.


BrendSport.az xəbər verir ki, Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionata 40-dan çox ölkədən, o cümlədən Azərbaycandan ağır atletlər güclərini sınayacaqlar.

Çempionatda qadın ağır atletlərimizdən Mərziyyə Məhərrəmova (44 kq), Səbinə Əzimova (55 kq), Boyanka Minova-Kostova (59 kq), kişi idmançılarımızdan Məhəmməd Məmmədli (67 kq), Rüstəm Qasımov (67 kq), Paşa İbrahimli (71 kq), Kənan Xəlilov (71 kq), Kənan Əliquliyev (81 kq), Fəqan Əliyev (81 kq), Nailxan Nəbiyev (96 kq) və Kamran İsmayılov (96 kq) mübarizə aparacaqlar.

Yarışların idarə olunmasında ölkəmizi Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası Vahid Nəzərov təmsil edəcək.



AZƏRTAC
Geri qayıt