Əsas Səhifə > Milli komandalar > Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb

Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb


17-03-2019, 21:34


BrendSport.az xəbər verir ki, Azərbaycan komandasının Birləşmiş Ərəb Əmirliklərində keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 11-ə çatıb. Atletika yarışlarında bir qızıl, bir bürünc medaldan sonra cüdoçumuz Elnur Rəhmanov (60 kq) qızıl medal qazanıb. Onun komanda yoldaşları Fərid Şərifov (64 kq) gümüş, Nikita Merkuryev isə (66 kq) bürünc medala layiq görülüblər.

Atletika üzrə birinci divizionda mübarizə aparan Nigar Mustafayeva 50 metr məsafəyə qaçışda ikinci, Aidə Rzayeva isə üçüncü olub. Dördüncü divizionda isə Ariz Paşayev 50 metr məsafə üzrə qaçışda bürünc medal qazanıb.

Beləliklə, Xüsusi Yay Olimpiya Oyunlarında medalların sayı 11-ə çatıb (2 qızıl, 5 gümüş, 4 bürünc) çatıb.

Azərbaycan Oyunlarda 54 atletlə ilə təmsil olunur. İdmançılarımız atletika, pauerliftinq, cüdo, stolüstü tennis, badminton, futbol, həndbol, basketbol, voleybol və üzgüçülük idman növlərində mübarizə aparırlar.

Xüsusi Yay Olimpiya Oyunlarında 190-dək ölkədən 7500-dən çox atlet qüvvəsini sınayır.
Geri qayıt