Əsas Səhifə > Milli komandalar > UEFA-nın yeni reytinqi

UEFA-nın yeni reytinqi


29-09-2017, 10:28


Avropa Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb.

Dünən keçirilən 24 oyundan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan ölkəmizin 18.625 xalı var.

Yenə ən yaxın izləyicimiz dəyişib. “Ostersund”un qələbəsi sayəsində Şotlandiyanı keçən İsveç 23-cü pilləyə yüksəlib. İsveç cəmi 0.150 xal Azərbaycan geridədir.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.450 xalı var.
Geri qayıt