Əsas Səhifə > Milli komandalar > Azərbaycan badmintonçusu Uqandada beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan badmintonçusu Uqandada beynəlxalq turnirdə bürünc medal qazanıb


25-02-2019, 14:34


Azərbaycan badmintonçusu Uqandanın paytaxtı Kampala şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb.

BrendSport.az Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, “Uganda International 2019” turnirində ölkəmizi Ezmi Qovimuramadhoni təmsil edib. Mübarizəyə əsas mərhələdən start verən təmsilçimiz ilk görüşdə Uqanda badmintonçusu Fred Kirabo üzərində 2:0 (21:11, 21:13) hesablı qələbə qazanıb. O, səkkizdəbir finalda Misir təmsilçisi Adham Hatem Elcamalı da hər iki setdə məğlubiyyətə uğradıb - 21:19, 21:18. Badmintonçumuz dörddəbir finalda hindistanlı Siddhart ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma Ezmi Qovimuramadhoninin 2:1 (20:22, 21:17, 21:6) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə turnirin ən azı bürünc medalını təmin edən idmançımız bu mərhələdə Hindistan badmintonçusu Rahul Bharadvaca 1:2 (21:17, 13:21,15:21) hesabı ilə uduzub.
Geri qayıt