Əsas Səhifə > Milli komandalar > Ramil Şeydayev üçün 77 dəqiqə

Ramil Şeydayev üçün 77 dəqiqə


19-02-2019, 22:38


Rusiyanın “Krılya Sovetov” klubu Türkiyə toplanışı çərçivəsində bu gün daha bir yoxlama oyunu keçirib.

BrendSport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Latviyanın “Liepaya” klubu ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Şeydayev 77-ci dəqiqədə əvəzlənib.

“Krilya Sovetov" bu gün daha bir yoxlama matçı keçirmişdi. Lakin Rusiya təmsilçisinin Danimarkanın "Koldinq" kollektivini 2:1 hesabı ilə üstələdiyi oyunda Ramilə şans verilməmişdi.
Geri qayıt