Əsas Səhifə > Milli komandalar > Peşəkarlar arasında kikboksinq yarışında Azərbaycanı üç idmançı təmsil edəcək

Peşəkarlar arasında kikboksinq yarışında Azərbaycanı üç idmançı təmsil edəcək


18-02-2019, 20:00


Martın 2-də Çeçenistanın paytaxtı Qroznıda kikboksinq üzrə peşəkarlar arasında turnir keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasından BrendSport.az -a bildiriblər ki, turnirdə ölkəmizi üç idmançı təmsil edəcək. Yarışlarda Ruslan Musayev (67 kq), Zöhrab Əzimov (67 kq) və Əsgər Rəhimov (57 kq) mübarizə aparacaqlar.
Geri qayıt