Əsas Səhifə > Milli komandalar > Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb

Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb


17-02-2019, 22:45
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa turnirində mübarizəni davam etdirirlər.
Azərbaycan Milli Karate Federasiyasından BrendSport.az-a bildiriblər ki, 19 idmançımızın mübarizə apardığı turnirdə Rafael Ağayev (75 kq) üçüncü yer uğrunda görüşdə fransalı Loqan da Kostanı məğlub edərək (3:0) bürünc medala sahib olub.
Təmsilçimiz İrina Zaretska (68 kq) isə bütün qarşılaşmalarda qələbə qazanaraq finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə misirli Feryal Abdelazez ilə üz-üzə gələcək.
Geri qayıt