Əsas Səhifə > Milli komandalar > Azərbaycan üzgüçüsü LEN kuboku yarışlarının növbəti mərhələsində iki medal qazanıb

Azərbaycan üzgüçüsü LEN kuboku yarışlarının növbəti mərhələsində iki medal qazanıb


30-01-2019, 14:39


Avropa Üzgüçülük Federasiyasının (LEN) kuboku uğrunda yarışlarının Lüksemburqda keçirilən növbəti mərhələsində Azərbaycan üzgüçüsü Maksim Şemberyev iki gümüş medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov BrendSport.az -a bildirib ki, Avropa və Asiyanın ən güclü üzgüçülərinin qatıldıqları turnirdə Maksim Şemberyev 400 metr məsafəyə qarışıq üsulla üzgüçülük yarışında 4.23 dəqiqə nəticə ilə ikinci yeri tutub. Azərbaycan idmançısı 1500 metr məsafəyə yarışda isə 15.38 dəqiqə nəticə ilə kürsünün ikinci pilləsinə qalxıb.

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov idmançımızın yarışdakı çıxışını qənaət bəxş hesab edərək deyib: “Maksim Şemberyevin qatıldığı turnir iyulun 12-28-də Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatına hazırlıq xarakteri daşıyır. İlin ilk mötəbər yarışında Maksimin tam gücü ilə çıxış etməməsi normal haldır. Bu, bizim üzün müddətdir böyük səylə çalışmağımızın nəticəsini müəyyənləşdirmək baxımından vacib yarış idi. Maksim qarşısında qoyulan öhdəlikləri yerinə yetirir. Ümidvaram ki, o, dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcək”.
Geri qayıt