Əsas Səhifə > Milli komandalar > “Tata Steel Masters 2019”: Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsen ilə qarşılaşacaq

“Tata Steel Masters 2019”: Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsen ilə qarşılaşacaq


25-01-2019, 15:55


Yanvarın 25-də “Tata Steel Masters 2019” turnirinin 11-ci turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu, norveçli Maqnus Karlsen ilə qarşılaşacaq.

BrendSport.az xəbər verir ki, Şəhriyar Məmmədyarovun rəqibi isə hindistanlı Santoş Qucrati Vidit olacaq.

On turdan sonra Teymur Rəcəbov 5 xalla altıncı, Şəhriyar Məmmədyarov isə 4 xalla 13-cü pillədə yer alıblar. Turnir cədvəlinə 7 xalla Maqnus Karlsen başçılıq edir. Ondan yarım xal geridə qalan Aniş Giri ikinci pillədə qərarlaşıb. İlk beşliyi hər üçünün aktivində 6 xal olan Yan Nepomnyaşi, Liren Dinq və Vişvanatan Anand tamamlayırlar.
Geri qayıt