Əsas Səhifə > Milli komandalar > Blits və rapid üzrə dünya çempionatında Azərbaycanı altı şahmatçı təmsil edəcək

Blits və rapid üzrə dünya çempionatında Azərbaycanı altı şahmatçı təmsil edəcək


25-12-2018, 08:57


Dekabrın 25-də Sankt-Peterburqda start götürəcək rapid və blits üzrə dünya çempionatında Azərbaycanı altı şahmatçı təmsil edəcək.

BrendSport.az xəbər verir ki, 45 ölkənin təmsil olunacağı çempionatda iştirakları əvvəlcədən müəyyənləşən Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Türkan və Zeynəb Məmmədyarovalar və Günay Məmmədzadədən başqa, qrossmeysterimiz Qədir Hüseynov da mübarizəyə qoşulacaq.

Dünya çempionu Maqnus Karlsenin də qatılacağı çempionatın ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.
Geri qayıt