Əsas Səhifə > Milli komandalar > Qətərdə keçirilən ağır atletika üzrə beynəlxalq turnirdə idmançımız bürünc medal qazanıb
Qətərdə keçirilən ağır atletika üzrə beynəlxalq turnirdə idmançımız bürünc medal qazanıb21-12-2018, 12:39 |
Dekabrın 21-də Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə 5-ci Beynəlxalq Qətər kuboku turnirində idmançımız Səbinə Əzimova bürünc medal qazanıb. BrendSport.az xəbər verir ki, S.Əzimova 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 74 kiloqramı, təkanla qaldırma hərəkətində isə 92 kiloqramı ram edib. Ümumi 166 kiloqram (74+92) nəticə ilə Səbinə Əzimova bürünc medala sahib çıxıb. Qeyd edək ki, Səbinə Əzimovadan əlavə, Boyanka Kostova da körpücük üzərinə çıxacaq. Turnir “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Geri qayıt |