Əsas Səhifə > Milli komandalar > Millimiz Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq

Millimiz Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq


11-12-2018, 15:29
Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2021-ci ildə Macarıstanda və Sloveniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

BrendSpor.az AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda ikinci qrupda Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn komandaları ilə mübarizə aparacaq.
Geri qayıt