Əsas Səhifə > Milli komandalar > Pauerliftinq üzrə paralimpiya millimizin “Tokio 2020”yə hazırlığı müzakirə edilib

Pauerliftinq üzrə paralimpiya millimizin “Tokio 2020”yə hazırlığı müzakirə edilib


10-12-2018, 13:54


Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) pauerliftinq idmanı üzrə milli paralimpiya komandamızın üzvlərinin iştirakı ilə iclas keçirilib.

BrendSport.az xəbər verir ki, Komitədən AZƏRTAC-a bildiriblər ki, iclasda AMPK-nın sədri İlqar Rəhimov, milli komandanın baş məşqçisi, şəxsi məşqçilər və idmançılar iştirak ediblər.

İclasda 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul edilib.
Geri qayıt