Əsas Səhifə > Milli komandalar > Millimiz Ukraynada 9 min dollar qazandı

Millimiz Ukraynada 9 min dollar qazandı


1-12-2018, 13:30


Cüdo üzrə Açıq Mütləq Ukrayna çempionatı başa çatıb.

BrendSport.az , oxu.az-a istinadən xəbər verir ki, Dnepr şəhərində keçirilən yarışda altı idmançımız iştirak edib.

81 kq çəki dərəcəsinədək mübarizə aparanların yarışında Murad Fətiyevlə Fəqan Quluzadə finala çıxa bilməyib. İkinci görüşündə Ukraynanı təmsil edən erməni idmançı Qraçik Avaqyanı məğlub etmiş Quluzadə III yer uğrunda görüşdə məhz Fətiyevə qalib gəlib. Fəqan bürünc medal qazanıb.
Geri qayıt