Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisi FIFA-nın reytinqində mövqeyini qoruyub

Azərbaycan millisi FIFA-nın reytinqində mövqeyini qoruyub


29-11-2018, 14:33


FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1206 xalla 107-ci pillədə qərarlaşıb.

FIFA-nın reytinq siyahısında ilk üçlük də dəyişməyib. Belə ki, Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir.
Geri qayıt