Əsas Səhifə > Milli komandalar > Sərbəst güləşçilərimiz İranda Ermənistan millisinə qalib gəliblər

Sərbəst güləşçilərimiz İranda Ermənistan millisinə qalib gəliblər


29-11-2018, 14:13


İranın Urmiya şəhərində keçirilən gənc güləşçilər arasında “Martyrs Cup” turnirində sərbəst güləşçilərin mübarizəsi başa çatıb.

BrendSport.az xəbər verir ki, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət yığmamız qrupda əvvəlcə Urmiya ilə qarşılaşıb. Görüş 5:5 hesabı ilə başa çatıb. Fərdi qarşılaşmaların fərqinə görə, yerli komanda qələbə qazanıb. Millimiz bu məğlubiyyətin əvəzini İranın digər komandasından çıxıb - 7:3. Qrupdakı son görüşdə Ermənistana 6:4 hesabı ilə qalib gələn pəhləvanlarımız 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıblar. Yığmamız son görüşdə İranın daha bir komandası ilə üz-üzə gəlib. İki güləşçimizin zədələnməsi nəticəyə təsirini göstərib - 4:6. Beləliklə, millimiz Urmiyada 4-cü yeri tutub.
Geri qayıt