Əsas Səhifə > Milli komandalar > Qılıncoynadanlarımız İsveçrə Qran-Prisində güclərini sınayıblar
Qılıncoynadanlarımız İsveçrə Qran-Prisində güclərini sınayıblar26-11-2018, 13:13 |
İsveçrənin Bern şəhərində qılıncoynatmanın şpaqa növü üzrə böyüklər arasında Qran-Pri yarışları keçirilib. BrendSport.az xəbər verir ki, şpaqaçılarımız turnirdə 4 qılıncoynadanla təmsil olunub. Təmsilçilərimiz həm fərdi, həm də komanda yarışında qüvvələrini sınayıblar. Kənan Əliyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qalib gəlib. Şpaqaçımız pley-offda isveçrəli Bryus Brunolda 12:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 1-də qalib gələn Barat Quliyev, Ruslan Həsənov və Xalid Əliyev isə mübarizəni erkən başa vurublar. Komanda yarışında 1/16 finalda Fransa ilə qarşılaşan şpaqaçılarımız rəqibə 16:45 hesabı ilə uduzublar. Geri qayıt |