Əsas Səhifə > Milli komandalar > Millimiz sonda bacarmadı
Millimiz sonda bacarmadı21-11-2018, 09:54 |
Azərbaycan yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin sonuncu - VI turunda Kosovo komandasının qonağı olub. Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer adaları ilə duellərdən 4 xal toplayıb (2:0, 1:1). Beləliklə, bu oyunadək Kosovo yığması hazırda 11 xalla 1-ci pillədə, Azərbaycan 9 xalla ikinci pillədə qərarlaşmışdı. Bununla da hər iki komandanın C Liqasına və "play-off"a yüksəlmək şansı var idi. Kosovoya 1 xal bəs edirdisə, millimiz səfərdə mütləq qalib gəlməli idi. Lakin millimiz bu vəzifənin öhdəsindən gələ bilməyib. 0:4 hesabı ilə yenilən komandamız Millətlər Liqasının ilk mövsümünü 2-ci pillədə başa vurub. UEFA Millətlər Liqası D liqası, III Qrup VI tur 20 noyabr 23.45 Kosovo - Azərbaycan 4:0 Qollar: Arber Zeneli, 2; 50; 76. Amir Rrahmani, 61. Geri qayıt |