Əsas Səhifə > Milli komandalar > Millimizdən qələbə: Kosovoda final dəyərində son oyun

Millimizdən qələbə: Kosovoda final dəyərində son oyun


17-11-2018, 23:23


Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Kosovo səfərdə Maltaya 5:0 hesabı ilə qalib gəlib. Beləliklə, qrup lideri son turda keçiriləcək Kosovo - Azərbaycan oyununda müəyyənləşəcək.

UEFA Millətlər Liqası

D Liqası,

III qrup

V tur


17 noyabr
Azərbaycan - Farer adaları 2:0
Qollar: Dmitri Nazarov, 18. Mahir Mədətov, 28.

1 Kosova	        5	3	2	0	11:2	11
2 Azərbaycan	5	2	3	0	7:2	9
3 Farer adaları	5	1	1	3	4:9	4
4 Malta	        5	0	2	4	4:13	2

Geri qayıt