Əsas Səhifə > Milli komandalar > "Rəsul Çunayevdən hər zaman medal gözləmək olar"

"Rəsul Çunayevdən hər zaman medal gözləmək olar"


12-10-2018, 22:23
"Rəsul Çunayevdən hər zaman medal gözləmək olar"

Bu gün sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın açıq məşqi keçirilib.

Yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi Şaban Donat dünya çempionatına hazırlıq barədə danışıb və yarışla bağlı proqnozlarını açıqlayıb: “Avropa çempionatında uğurlu çıxış etdik. İndi ilin ən önəmli yarışına hazırlaşırıq. Komandamız yenidən qurulub. Heyətə bir neçə gənc güləşçi cəlb etmişik. Azərbaycan güləşi hər zaman güclü olduğu üçün iddialı heyətimiz var. Medallar qazanacağımıza inanırıq.

İdmanda heyəti daim yeniləməlisiniz. Çünki rəqabət çox güclüdür. Daim enerjili və gənc güləşçilərə şans vermək lazımdır. Rəqiblərimizi təhlil etmişik. Güləş artıq bütün dünyada inkişaf edib. Ancaq biz öz gücümüzə güvənirik. Həm təcrübəli, həm də gənc güləşçilərimiz var.

Rəsul Çunayevin zədəsi vardı. Ancaq müalicə kursu keçdikdən sonra yenidən yığmanın toplanışına qoşuldu. Ondan hər zaman medal gözləmək olar. Ancaq biz bütün yığma üzvlərindən medal gözləyirik. Kim daha yaxşı və ağıllı strategiya ilə güləşəcəksə, o da fəxri kürsüyə qalxacaq. Amma bizi güclü rəqabət gözləyir”.
Geri qayıt