Əsas Səhifə > Milli komandalar > Qurban Qurbanov milliyə yeni oyunçu çağırdı

Qurban Qurbanov milliyə yeni oyunçu çağırdı


3-10-2018, 10:41


Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasında növbəti iki oyun (Farer adaları ilə səfərdə və Malta ilə Bakıda) üçün dəvət edəcəyi - ölkə xaricində çıxış edən futbolçuların adlarını müəyyənləşdirib.

46 yaşlı mütəxəssis sport24.az-a verdiyi açıqlamada 5 oyunçu üçün faks göndərildiyini bildirib.

Qurbanovun siyahısında onun rəhbərliyi altında indiyədək çıxış etməyən bir oyunçu da var. Söhbət Almaniyanın 3-cü divizionunun "Proysen” klubunda forma geyinən Rüfət Dadaşovdan gedir. O, hazırda III Bundesliqanın bombardiridir.

Millimizin baş məşqçisi aşağıdakı legionerlərə zərurət duyub:

Rüfət Dadaşov ("Proysen”, Almaniya), Riçard Almeyda ("Astana”, Qazaxıstan), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna), Dmitri Nazarov ("Aue”, Almaniya), Ramil Şeydayev ("Krılya Sovetov”, Rusiya).

Geri qayıt