Əsas Səhifə > Milli komandalar > Millimiz bürünc medal üçün mübarizə aparacaq

Millimiz bürünc medal üçün mübarizə aparacaq


27-09-2018, 14:34


Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Azərbaycanın cüdo üzrə qarışıq komandası dünya çempionatında təsəlliverici görüşə çıxıb və rəqib Hollandiya yığması olub. Görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 4:2.

Heyətdəki qadın cüdoçulardan İçinxorlu Munxtsedev (57 kq) və İrina Kindzeska (+70 kq) görüşlərini qələbə ilə başa vurublar. Günel Həsənli (70 kq) isə rəqibinə məğlub olub.

Kişilərdən Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73kq) da rəqibini üstələməyi bacarıb. Uşangi Kokauri (+90 kq) isə məğlub olub.

Bununla da, Azərbaycan komandası bürünc medal görüşünə vəsiqə qazanıb. Bürünc medal uğrunda görüşdə Azərbaycan komandası Rusiya ilə üz-üzə gələcək.
Geri qayıt