Əsas Səhifə > Milli komandalar > Yağmamızın sabıq üzvü Qazaxıstan millisinə baş məşqçi təyin olundu

Yağmamızın sabıq üzvü Qazaxıstan millisinə baş məşqçi təyin olundu


20-09-2018, 11:50


Azərbaycanın futzal üzrə milli komandasının sabiq üzvü Paulo Rikardo Kaka Qazaxıstan yığmasına baş məşqçi təyin edilib.

Bu barədə 41 yaşlı mütəxəssisin çalışdırdığı "Kayrat”ın rəsmi sayı məlumat yayıb.

O, yeni vəzifəsində Azərbaycan millisi ilə yoldaşlıq oyununda debüt edəcək. Bu qarşılaşma sentyabrın 23-də Bakı İdman Sarayında keçiriləcək və saat 16.00-da başlayacaq.

Qeyd edək ki, Kaka məşqçi karyerası ərsində Azərbaycanın U-21 yığmasına və "Neftçi”nin futzal komandasına rəhbərlik edib.
Geri qayıt